Yerevanda MDB ölkələr Xi nazirlərinin məsləhətləşmələri keçirilib
ER Xarici İşlər Nazirliyində Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Rusiya Xİ nazirləri və MDB icra katibliyinin nümayəndələrinin iştirakı ilə “MDB üzv dövlətlərin Aİ ilə əməkdaşlığı” və “ATƏT-də MDB üzv dövlətlərin Avropa təhlükəsizliyi məsələləri üzrə əməkdaşlığı” mövzular çərçivəsində məsləhətləşmələri keçirilib.
Xİ nazirinin müavini Karen Nazaryan öz çıxışında Ai və Avropanın digər təşkilatları ilə Ermənistanın əməkdaşlığına toxunaraq qeyd edib ki, bu proseslər ER-nın əvvəlki öhdəliklərə uyğun olaraq müxtəlif inteqrasiya formatlarında həyata keçirilir. İştirakçılar AİB və Aİ arasında iki təşkilatların ticari-iqtisadi əməkdaşlığa töhvə verən dialoqu dəstəklədiklərini vurğulayıblar.
Məsləhətləşmələrin ikinci qismində Xİ nazirinin müavini Aşot Hovakimyan çıxış edərək ATƏT-in bütün üç platformlarında MDB üzv dövlətləri arasındakı əməkdaşlığa əhəmiyyət verib. İştirakçılar silahların idarə olunması rejiminin gücləndirilməsinə, ATƏT regionunda iqtisadi əlaqələrlə qapalı sərhədlərin aşamasına və insanların sosial, iqtisadi və mədəni hüquqların qorunmasına, ATƏT qurumlar fəaliyyətləri ilə bağlı məsələlərə toxunublar.