Təhlil

DQ münaqişəsinin sülh yolu ilə nizamlanması ATƏT-in Minsk Qrupu formatında olub və olmağa davam edəcək

ER Parlamentinin Xarici Əlaqələr Daimi Komitəsi sədri Armen Aşotyan oktyabrın 30-da Kiyevdə keçirilən Avronest PA Siyasi İşlər Komitəsinin iclasında çıxış edib. Armen Aşotyan öz çıxışında Dağlıq Qarabağ münaqişəsnin sülh yolu ilə nizamlanması üçün aparılan danışıqlar prosesinə toxunaraq qeyd edib ki, hazırda müzakirələr sülh yolu ilə həll edilməsi üçün danışıqlar prosesinin yenidən başlanmasına yönəlmişdir.

Armen Aşotyan qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması ATƏT-in Minsk Qrupu həmsədrlərinin birgə səyləri və formatları çərçivəsində olub və olmağa davam edəcək. O həmçinin vurğulayıb ki, məsələ ilə bağlı Avropa Parlamentinin mövqeyinə görə, Şərq tərəfdaşlığı ölkələrində mövcud münaqişələr unikal xarakter daşıyırlar və fərqli bir yanaşma tələb edirlər.

Daha çox göstər
Back to top button