Dağlıq Qarabağ münaqişəsi postsovet məkanında unikaldır, çünki o, sadəcə Rusiya və Qərb arasında olan bir məsələ deyil və münaqişənin ilk mərhələsində ABŞ mövqeyi də maraqlı idi. Bu haqda Forbes qəzetində Avrasiya Araşdırmaları və Təhlil İnstitutunun üzvü Movses Ter-Oganesyan və Beynəlxalq və Müvəqqəti Hüquq Mərkəzinin həmtəsisçisi Suren Sargsyan yazır.
Münaqişə ərzində müharibə zonasında Ermənistanın zəfərləri üzündən Türkiyə ilə Ermənistan sərhədi bağlandı. Blokada səbəbilə ABŞ Konqresi 1992-ci ildə 907 saylı Azadlıq Dəstək Qanunu qəbul edib və beləliklə Azərbaycana ABŞ yardımı dayandırılıb. Azərbaycan ABŞ-dan yardım almayan yeganə post sovet ölkəsi olub.
Bu siyasət 2001-ci il sentyabrın 11-də baş verən terror aktlarınadək dəyişməmişdi. O vaxt ABŞ Prezidenti Corc Buş Azərbaycana yardım göndərməsinə icazə verib. Ondan sonra, hər il Azərbaycana 20 milyon dollarlıq yardım göndərilir.
Müəlliflər qeyd edir ki, 2016-cı il aprel ayında təmas xətti boyunca baş verən təcavüzlərlə Azərbaycan 907 saylı qanunuyla qeyd olunan şərtləri pozub. “Azərbaycan tərəfindən 2016-cı il aprel ayında başlanılmış təcavüzlərin qarşısını almaq üçün ABŞ öz mövqeyini nəzərdən keçirilməlidir”,-deyə məqalədə qeyd olunur.