BaşlıcaBeynəlxalq

Livan Prezidenti Ermənistan-Livan əlaqələrini yüksək qiymətləndirdi

Livana işgüzar səfəri çərçivəsində ER İqtisadi İnkişaf və İnvestisiya naziri Suren Karayanın başçılıq etdiyi nümayəndə heyətini Beyrutda Livan Respublikasının Prezidenti Mişel Aun qəbul edib.Prezident Aun erməni-livan münasibətlərini yüksək qiymətləndirməklə onu bütün istiqamətlərlə xüsusən iqtisadiyyat istiqamətiylə möhkəmləndirmək çağırışını edib.Livan erməniləri Livan və Ermənistan arasında əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır”- deyərək o, bəyan edib.

Livan Prezidenti həm də iki ölkənin iş adamlarını bir-biriylə aktiv şəkildə əməkdaşlıq etmək üçün səsləyib. Suren Karayan öz növbəsində iqtisadi sahələrdə əməkdaşlığın və investisiya imkanlarının vacibliyini vurğuladı.
“Biz inanırıq ki, Livan və Ermənistan arasında iqtisadi əməkdaşlıq potensialı hələ düzgün şəkildə yerinə yetirilməyib. Nazir Faraoni ilə birlikdə biz çox sahələrdə iqtisadiyyatı inkişag etdirmək və həmin istiqamətdə əməkdaşlığı daha da dərinləşdirmək üçün şərtləşmişik.
Bu əməkdaşlığın aktivləşdirilməsi üçün erməni və livanlı iş adamlarının rolu xüsusilə vacibdir ” – deyərək nazir Karayan Ermənistanın xarici iqtisadi əməkdaşlığı və hədəfli bazarlarda imkanlarını nümayiş etmişdir. Tərəflər həmçinin turizm sahəsində əməkdaşlığın inkişafı imkanlarını müzakirə edib.

Daha çox göstər
Back to top button