İctimaiyyət

Naməlum şəraitdə Azərbaycan SQ-nin hərbi qulluqçusu həlak olub

Salyan rayonunun, Kür Qaraqaşlı kənd sakini, hərbçi Pərvin Akif oğlu Mövlanovun naməlum şəraitdə həlak olduğu bildirilir.

Bu barədə Meydan TV-yə Kür Qaraqaşlı kəndinin sakinləri məlumat veriblər. Onlar Pərvin Mövlanovun oktyabrın 29-da həlak olduğunu bildiriblər:

“Ancaq onun cənazəsi kəndə bu gün, oktyabrın 30-da gətirildi və dəfn edildi. Onun hansı şəraitdə, nə səbəbə ölməsi ilə bağlı açıqlama verilmədi”.

Məsələyə Müdafiə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

2017-ci ilin 9 ayı ərzində Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda azı 53 hərbi qulluqçu ölüb.

 

Daha çox göstər
Back to top button