Siyasət

Tacikistan prezidenti Dağlıq Qarabağ müanqişəsinin sülh yolu ilə nizamlanmasına əhəmiyyət verib

Ermənistan Respublikasının Parlamentinin sədri Ara Babloyanın başçılıq etdiyi nüamyəndə heyəti Tacikstana  rəsmi  səfəri çərçivəsində Tacikistan Respublikasının prezidenti Emomali Rahmoni ilə görüşüb.

Tərəflər ikitərəfli əməkaşlığın cari vəziyyətinə və inkişaf perspektivlərinə, parlamentlərarası əməkdaşlığa toxunaraq, müxtəlif sahələrdə əməkdaşlıq istiqamətlərini müyyənləşdiriblər.

Ermənistan Respubliaksının Parlamentinin sədrinin sözlərinə görə,   qarşılıqlı faydalı və çoxtərəfli əməkdaşlığın  gələcək inkişafı üçün böyük potensial var.

Görüş zamanı iqtisadiyyat, elm, təhsil, eləcə də mədəniyyət və humanitar sahələrdə  daha sıx əlaqələrinin qurulmasının vacibliyinə dair fikir mübadiləsi aparılıb.

Görüş zamanı münaqişələrin nizamlanmasına da toxunulub. Tacikistan prezidenti Emomali Rahmon Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar  yolu ilə nizamlanmasına əhəmiyyət verib.

Daha çox göstər
Back to top button