Ekonomika

Ermənistan Rusiyaya kənd təsərrüfatı istehsalının ixracatını artıracaq: Serj Sarkisyan

Ermənistan Rusiyaya kənd təsərrüfatı istehsalının ixracatını artırmaq niyyətindədir. Bu barədə ER Prezidenti Serj Sarkisyan “Ria.ru”-ya müsahibədə məlumat verib.

“Avrasiya İqtisadi Birliyinə üzv dövlət olaraq, bizim ilk nöbədə AİB-ə üzv ölkələri ilə ticarət dövriyyəsinin həcmini artırmaq məqsədlərimiz var. Keçən il kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracatının həcmi 40% artıb. Cari il göstəriciləri bir az azalıb, lakin 35% təşkil edir. Ermənistanda istixana təsərrüfatlarını da yaxşı bir tempdə inkişaf etdiririk”,-deyə ER Prezidenti qeyd edib.

Onun sözlərinə görə, Kənd təsərrüfatı məhsulları baxımından Ermənistan RF-ya tərəvəz, meyvə, konserv qida və pendir ixrac edə bilər.

Serj Sarkisyan vurğulayıb ki, Ermənistan RF-ya pomidor idxal edənlər ilə rəqabət edə bilərlər.

“Bəzilər üçün problemlərin olması, digərlərinə imkan yaradır. Keçən il bundan da istifadə etdik. Bazar o qədər bğyükdür ki, oyunçu sayının artması heç kimə zərər verməyəcək və yalnız fayda verəcəkdir”,-deyə ER Prezidenti Serj Sarkisyan qeyd edib.

Daha çox göstər
Back to top button