BaşlıcaSiyasət

Rusiya Ermənistana yeni silahlar göndərəcək: Serj Sarkisyan

Rusiya mövcud müqavilə çərçivəsində yaxın zamanlarda Ermənistana silah partiyasını göndərəcək. İmzalanmış 100 milyon dollarlıq yeni kredit sazişi isə dövlətlərarası bütün müqavilələrin imzalanmasından sonra reallaşacaq. Bu barədə Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan “Ria Novosti”-ə müsahibədə bildirib.

“Bu ilin sonuna qədər biz əvvəlki müqaviləni reallaşdıracağıq. Bu günlərdə biz yeni təchizat gözləyirik, ilin sonuna qədər isə əvvəlki sazişlə bağlı bütün məsələləri həll edəcəyik”,-deyə Serj Sarkisyan qeyd edib.

“Biz artıq Yerevanda yeni müqavilə imzaladıq və bütün təsdiqləmə prosedurları keçdikdən sonra biz rus tərəfinin müvafiq istehsalçıları ilə layihənin həyata keçirilməsi üçün işlərimizə başlayacağıq”. 2015-ci il iyun ayında Rusiya tərəfindən Ermənistana 200 milyon dollarlıq kreditin verilməsinə dair bir saziş da imzalanmışdı.

Yeni saziş layihəsinə əsasən, Ermənistan hökuməti 2017-ci il oktyabrın 12-də RF tərəfindən Ermənistana Rusiya istehsalı olan hərbi məhsulların tədarükünü maliyyələşdirmək üçün 100 milyon dollarlıq krditin verilməsini təsdiq edib. Saziş layihəsində qeyd olunur ki, kredit Ermənistana 15 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub. Erməni tərəfi kreditidən 2018-2022-ci illər ərzində istifadə edəcək.

Daha çox göstər
Back to top button