BaşlıcaSiyasət

Serj Sarkisyan: “AB ilə razılaşmalar Atom stansiyasının qapantısını nəzərdə tutmur”

Erməni Atom stansiyasının qapantııs barədə müakirələr sünidir və heç bir həqiqətlə uzlaşan deyil.Bu haqda ER Prezidenti Serj Sarkisyan bəyan edib.
“ER hökuməti 2014-cü ilin martında Erməni Aton energetik stansiyasının istifadə edilməsi müddətlərini uzatmağa dair qərar qəbul etdi.
İstifadə edilmə müddətinin uzadılması rus tərəfindən verilən 270 milyon dollar kreditlə və 30 milyon məbləğ hesabına həyata keçiriləcək”-deyə Serj Sarkisyan bəyan edib.
Onun sözlərincə “Rosatom” dövlət şirkətiylə birlikdə EAES ikinci enerji blokunun istifadə olunmasını uzatmaq istiqamətində işləri davam edirlər.
“Qeyd etmək lazımdır ki, Atom stansiyası MAQATE-nin bütün standartlarına müvafiq olaraq fəaliyyət göstərir və bu beynəlxalq peşəkarların qənaətidir. Təhlükəsizliyi yüksəltmək və müasirləşdirmək istiqamətində işlər aparılır.
Belə ki, Metsamor Atom stansiyası 2027-ci ilə qədər xidmət edəcəkdir. Bizim fikrimizcə Ermənistan energetika təhlükəsizliyini təmin etmək baxımından Atom energetikası Ermənistanda daima olacaqdır”-deyərək Serj Sarkisyan bəyan edib.
O, qeyd edib ki, AB ilə razılaşmada EAES qapantısı barədə heç bir bənd yoxdur.

Daha çox göstər
Back to top button