Siyasət

Serj Sarkisyan: ER Silahlı Qüvvələrində müasir silahların ciddi nümunələri vardır

“ER Silahlı Qüvvələri ölkəmizin ən önəmli faktoru olaraq xalqın suverenlik və təhlükəsizliyini müdafiə etməkdədir. Silahlı Qüvvələrimiz maddi-texniki baxımdan yaxşı vəziyyətdədir və müasir silahların ciddi nümunələrinə malikdir. Silahlı Qüvvələrimizdə professional zabitlər işləyir.”,-deyə ER Prezidenti Serj Sarkisyan “Ria Novosti”-yə müsahibədə bildirib.

Onun sözlərinə görə, bu demək olmur ki, ER Silahlı Qüvvələri həm ordu idarəetməsi, həm də silahlanmasının modernləşdirilməsi baxımından inkişaf etməməlidir. “Məhz modernləşdirmək üçün də biz Rusiya tərəfindən kredit istədik. Bu ilk krediti deyildir və ümid edirik ki, bu daimi olacaq”,-deyə Serj Sarkisyan qeyd etdi.

Daha çox göstər
Back to top button