Ekonomika

ER baş naziri: ”Biz daima atom enerjisinin olmasının tərəfdarıyıq”

Ermənistanda yeni atom elektrik stansiyasının tikintisi 2027-ci ilə qədər uzadılıb. Bu barədə bu gün ER baş naziri Karen Karapetyan bildirib.

“Bizim çox böyük resursumuz və potensialımız var, amma bu gün vəziyyət elədir ki, pulun olması hələ atom enerjisinin olması demək deyil”- deyə K. Karapetyan qeyd edib.

O, vurğulayıb ki, təhlükəsizlik məsələsi çox vacibdir.
“Biz daima atom enerjisinin olmasının tərəfdarıyıq”- deyə ER baş naziri bilidirb.

Daha çox göstər
Back to top button