BaşlıcaTəhlil

Ermənistan-Aİ sazişi iqtisadiyyata toxunmur: Serj Sarkisyanın “Business FM”-ə müsahibəsi

Avropa İttifaqı ilə əməkdaşlıq sazişi iqtisadiyyata toxunmur və Avrasiya İqtisadi Birliyinə zid olan heç bir maddə ehtiva etmir. Bu haqda Ermənistan Respublikası Prezidenti Serj Sarkisyan “Business FM”-ə müsahibəsində bildirib.

“Saziş son ay ərzində rus mediasında obyektiv şəkildə təqdim olunur. Orada hər şey ətraflı şəkildə təsvir olunur. Əslində bu, Ai ilə əməkdaşlığın dərinləşməsidir. Orada effektiv idarəetmə, insan hüquqlarına dair müddəaları var. Sazişdə iqtisadiyyata toxunulmur. Bir maddə var ki, saziş öhdəlikləri Ermənistanın üzərinə götürdüyü əvvəlki öhdəliklərə zidd ola bilməz”,-deyə Serj Sarkisyan qeyd edib.

Ermənistan Prezidenti vurğulayıb ki, Ermənistanda Avrasiya İqtisadi Birliyi çərçivəsində imzalanmış razılaşmalar, qanunlar, müqavilələr işləyəcəklər, çünki heç bir fərq yoxdur. “Rusiya, Ermənistan, Qazaxıstan və Qırğızıstan Ümumdünya Ticarət Təşkilatının üzvüdür. Düşünürəm ki, AİB Ümumdünya Ticarət Təşkilatının qanunları ilə işləyəcək”,-deyə ER Prezidenti əlavə etdi.

Daha çox göstər
Back to top button