Ekonomika

Manata dəstək hərracları Azərbaycan iqtisadiyyatına ziyan vurur

“Exo” qəzetində “Manata dəstək hərracları Azərbaycan iqtisadiyyatına ziyan vurur” sərlövhəli məqalə oxumaq olar.

Müəllif bu hərracların mahiyyətini ekspertlərlə müzakirə edir: “Oktyabrın 30-da keçirilmiş son depozit hərracında tələb təklifi 3,7 dəfədən çox üstələyib. Bu isə o deməkdir ki, Azərbaycan bankları Mərkəzi Bankla birgə işə səy göstərir və əhali və ya sahibkarlarla təmas istəmirlər”. Bunu qəzetə ekspertlər şərh edirlər.

Ekspertlər bank sistemindən vəsaitlərin yığışdırılmasının iqtisadi artımı dayandıracağını deyirlər və səbəb də budur ki, maliyyə bazarı faktiki bağlanıb, kreditləşdirmə işə dayandırılıb.

Ekspertlər hesab edirlər ki, Mərkəzi Bankın işə saldığı manata dəstək hərracları iqtisadiyyata ziyan vurur.

Manata dəstək hərraclarını iki başı olan ağacla müqayisə edən ekspertlər xatırladırlar ki, bir tərəfdən banklarda hər ay problemli kreditlərin həcmi artır, yumşaq deyilsə, iqtisadi fəallıq yaxşı durumda deyil, ÜDM azalır, digər tərəfdən isə, elə buna görə özəl banklar kredit vermək istəmirlər.

Ekspertlər deyirlər ki, bundan irəli gələrək, banklar kapitallarını qorumaq və artırmaq üçün daha təhlükəsiz üsul seçirlər: “Ən təhlükəsiz üsul Mərkəzi Bankın depozit hərraclarıdır. Burada pul itirmək riski yoxdur, şərtlər də kifayət qədər əlverişlidir, odur ki, banklar pullarını tənzimləyiciyə məmnunluqla verirlər. Bunu da deyək ki, ayda bir neçə dəfə keçirilən hərraca kreditləşdirməyə yönəldilməli olan bank pulları cəlb edilir”.

Ekspertlərə görə, hərraclar keçirmək bu mənada Mərkəzi Banka da sərf edir, belə ki, MB manata təzyiqi yumşaltmaq manatın sabitləşdirilməsi siyasəti yürüdür və depozit hərracları tənzimləyiciyə manatın məzənnəsini dəstəkləməyə kömək edir.

Yazıda deyilir ki, bununla Mərkəzi Bank həm də mümkün devalvasiya prosesini yubatmaq istəyir: “Amma bu, mümkün deyil, artıq il yarımdır ki, tənzimləyici bu müvəqqəti üsuldan daimi üsul kimi istifadə edir, bu isə iqtisadi artıma mənfi təsir göstərir. Amma iqtisadiyyatın güclü ziyan çəkməsinə baxmadan hələlik depozit hərraclarında iştirak etmək hər iki tərəf üçün əlverişldir”.

Ekspertlər deyirlər ki, bu depozit hərraclarının ölkə iqtisadiyyatına hər hansı müsbət təsiri yoxdur, bankların sərbəst vəsaitləri iqtisadiyyata yönləndirilsəydi səmərə daha çox olardı, iş yerləri, maaşların həcmi artardı.

Ekspertlərə görə, banklar ölkədə iqtisadi durumu real dəyərləndirərək və öz maraqlarından irəli gələrək əhali və biznesi kreditləşdirməmək qərarı veriblər və bunun yolu ya uçot dərəcələrinin aşağı salınmasından, ya da banklara güzəştli kreditlər verilməsindən keçir.

Daha çox göstər
Back to top button