Nalbandyan: Ermənistan qonşuları erməni tarixi irsinin qorunmasında fərqli davranış göstəriblər
Ermənistan qonşuları erməni tarixi irsinin qorunması məsələsində fərqli davranış göstəriblər. İranla yaxşı əməkdaşlıq var və qonşu Azərbaycan və eləcə də Türkiyədən fərqli olaraq, İran öz ərazisində olan erməni abidələri qoruyur. Bu haqda YUNESKO-nun Baş Konfransının 39-cu iclasında çıxış edərkən ER Xİ naziri Edvard Nalbandyan bildirib.
“Bu kontekstdə, Ermənistan Türkiyədəki Erməni orta əsr paytaxtı Anidə həyata keçirilən qazıntılar və bərpa işlərində öz mütəxəssislərinin iştirak etmə məsələsində maraqlıdır”,-deyə o qeyd edib.
Nazir həmçinin Suriyədəki erməni abidələr və ziyarətgahlarına qarşı törədilən hücumlarla bağlı narahat oldiğunu qeyd edib. “Biz əminik ki, Suriyədə münaqişədən sonra başlanmış bərpa prosesi milli və dini azlıqların, o cümlədən ermənilərin öz dini və mədəni irsin hüquqlarını yenidən təsdiqləməlidir. Cari ildə BMT Təhlükəsizlik Şurası 2347 saylı qətnaməni yekdilliklə qəbul edib. Qətnamə terroristlər tərəfindən mədəni irsin, dini ziyarətgahların qanunsuz olaraq məhv edilməsini pisləyir və qınayır. Emid edirik ki, beynəlxalq ictimaiyyət bu səyləri aktiv şəkildə davam edəcək”,-deyə nazir əlavə edib.