İctimaiyyət

Dövlət Departamenti: Azərbaycanda 10 jurnalistdən 9-a edilən fiziki hücum cəzasız qalır

Azərbaycanda 10 jurnalistdən 9-a edilən fiziki hücum cəzasız qalır.

Bu haqda Dövlət Departamentinin Jurnalistlərə Qarşı Cəzasızlığa Son Qoymaq Uğrunda Beynəlxalq Gün münasibətilə yaydığı bəyanatda deyib.

“Dünya boyu jurnalistlər bütün cəmiyyətlərdə insanların həyatına təsir göstərən məsələləri işıqlandırmaq naminə şəxsi risklərə gedirlər,” deyə Dövlət Departamentinin sözçüsü Heather Nauert Jurnalistlərə Qarşı Cəzasızlığa Son Qoymaq Uğrunda Beynəlxalq Gün münasibətilə yaydığı bəyanatda deyib. “Onlar səlahiyyətdən sui-istifadə, korrupsiya hallarına işıq saçır, transmilli kriminal qruplaşmalardan qaynaqlanan təhlükələri ifşa edir, dezinformasiya və saxta hekayələr yayan propaqandanın qarşısını alırlar.

Bir sıra ölkələrdən nümunələr gətirən Nauert Azərbaycan, Rusiya, Türkiyə, İraq, və Suriyanı sadalayıb.

O, qeyd edib ki, müstəqil jurnalistlərin səyləri dünya boyu demokratiyanı dəstəkləməkdən əlavə, Amerika daxilində də demokratiyanın sağlam funksiya göstərməsinə vasitəçilik edir.

Daha çox göstər
Back to top button