Siyasət

Ermənistanda keçirilən Avrasiya Birjaları Federasiyasının 24-cü Assambleyasında 20 ölkənin nümayəndələri iştirak edirlər

Ermənistanda Avrasiya Birjalar Birliyinin 24-cü assambleyasına start verilib. Üç gün davam edən tədbir 20-dən çox ölkənin nümayəndələri,  birliyin üzv birja sədrlərini   bir araya gətirdi. İttifaqın baş katibi Konstantin Saroyan bildirib ki,  ittifaqın baş ofisini İstanbuldan Yerevana köçürdükdən sonra bu ilk görüşüdür.  Assambleya çərçivəsində  federasiya  inkişafının əsas strategiyaları müzakirə olunacaq, assambleya iştirakçılara üzv ölkələrin maliyyə bazarlarının fəaliyyətini mübadilə və təqdim etməyə imkan veriləcək.

“Deyə bilərəm ki, iştirak çox  aktivdir,   bütün üzvlərimizin  iştirakı həm federasiyanın, həm müzakirə olunacaq strategiyanın həm də ideyaların vacibliyini sübutr edir”- deyə Konstantin Saroyan qeyd etdi.

Avrasiya Birjaları Federasiyası mərkəzi ofisinin İstanbuldan Yerevana köçürülməsinin səbəbi  barədə suala cavabında o qeyd etdi:

“İstanbulun birjasının  federasiya ilə ziddiyyətləri vardı, əməkdaşlıq davam etmədi, bunun nəticəsində mərkəzi ofisin burada olması barədə qərar verilib. Biz də mərkəz ofisin Yerevanda olması təşəbbüs ilə çıxış etdik”- deyə Konstantin Saroyan qeyd etdi. O əlavə etdi ki, bu vəziyyət  Ermənistanın  fəaliyyətinin görünürlüğünü artırmağa kömək edəcək, digər ölkələr Ermənsitanda yalnız bu sahədə deyil, digər sahələrdə keyfiyyətli xidmət olduğunu görəcəklər.

Daha çox göstər
Back to top button