Siyasət

Hesablama Palatası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi büdcəni talan edirdi

Hesablama Palatası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) dövlət büdcəsindən ayrılmış vəsaitlərin istifadə vəziyyətini yoxlayıb.

“Azeriprerss” agentliyi bildirib ki, yoxlama nəticəsində bəlli olub ki, Nizamnamənin tələblərinə əməl edilməyərək ANAMA-nın strukturu və ştat vahidlərinin sayı, işçilərin tutduğu vəzifəyə uyğun aylıq vəzifə maaşlarını Komissiya deyil, rəhbərlik müstəqil təsdiq edib, 8 nəfər işçiyəməzuniyyətdə olduğu və məzuniyyət haqqı ödənildiyi halda həmin dövr üçün tutulmalardan sonra təkrarən əmək haqqı ödənilməsi, operativ işlərindəiştirak etməyən şəxslərə yemək xərci verilməsi, ezamiyyə xərclərinin ödənilməsi zamanı bir sıra hallarda müvafiq normalara riayət edilməməsi nəticəsində artıq vəsaitin ödənilməsinə, həmçinin müxtəlif markalı nəqliyyat vasitələrinə texniki göstərici əsasında sərf edilən yanacaq normasının düzgün tətbiq edilməməsi səbəbindən artıq yanacaq silinməsinə yol verilib.

Bundan başqa, “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə riayət edilməyərək bir sıra hallarda işlərin və xidmətlərin satın alınması nəzərdə tutulan malların ehtimal olunan qiymətlərinin formalaşdırılmasının əsasları açıqlanmayıb.

Daha çox göstər
Back to top button