Siyasət

Samarciç-Markoviç: Ermənistan regionun digər bir neçə ölkələrindən fərqlənir

ER Parlamentinin sədri Ara Babloyan Avropa Şurasının Demokratiya üzrə Baş Direktorluğunun baş direktoru Snejana Samarciç-Markoviçi qəbul edib. Ara Babloyan Ermənistan Respublikası və Avropa Şurasının əməkdaşlığına, xüsusilə demokratiyanın qurulması, insan hüquqlarının qorunması və korrupsiya ilə mübarizəsinə əhəmiyyət verib.

Ara Babloyan Konstitusiya islahatlarından sonra gələn proseslərinə toxunaraq qeyd edib ki, Ermənistan regionun digər ölkələrindən fərgli olaraq, demokratiya yolu ilə gedir və kakimiyyəti qeyri-mərkəzləşdirməyə və parlament sisteminə keçməyə çalışır. ER Parlamentinin sədri həmçinin qeyd edib ki, AİB-ə üzv ölkə olaraq Ermənistan dünyanın müxtəlif ölkələri ilə açıq və sərbəst əməkdaşlıq etməyə hazırdır.

Snejana Samarciç-Markoviç Ermənistanın AŞ ilə əməkdaşlığına əhəmiyyət verib. Samarciç-Markoviç ER Parlamentinin sədri ilə Ermənistanın demokratiya və insan hüquqlarının qorunmasında əhəmiyyətli irəliləyişi ilə regionun digər ölkələrindən fərqlənməsinə dair sözləri ilə razılaşdı.

Daha çox göstər
Back to top button