Təhlil

Tarasov: Azərbaycan “sağmal inək kimi sağırlar”: Əliyev kompromisə gedəcək

Azərbaycan Ermənistandan yan keçmək üçün nə qədər də yol koridorları yaradsa da, o qədər də status-kvonu konservlaşdıracaq. Onlar layihəyə 10 milyard dollar qoyublar. Bu deməkdir ki, onlar müharibəyə hazırlanmırlar. Ermənistanın KTMT-ə üzv olduğunu nəzərə alaraq, onlara müharibə etməyə və vəziyyəti gərginləşdirməyə kim icazə verəcək ki?

Bu haqda “Arajin Lratvakan”-a müsahibədə Yaxın Şərq və Qafqaz məsələləri üzrə ekspert Staneslav Tarasov Bakı-Tbilisi-Qars dəmir yolunun açılışına toxunurkən bildirib.

Onun sözlərinə görə, Ermənistan bu geosiyasi komunikasiyanı müsbət qiymətləndirməlidir. Təsadüf deyil ki, Əliyev demir yolunun açılışını sürətləndirib. “Əliyev regionda sabitliyin qorunması və qoyulmuş pulları geri almaq üçün Yerevanla kompromislərə gedəcək. Təsadüf deyil ki, Prezident Sarkisyan Əliyvlə yenidən görüş etmək barədə danışdı”.

Silah təchizatlarına, razılaşmalarına gəlincə isə, Tarasov qeyd edib ki, Rusiya, Belarus və İsrail Azərbaycanı “sağmal inək kimi sağırlar”. Azərbaycanın neft dollarları vardır və ona silah satırlar, lakin o kimlə müharibə edəcək? Ermənistanla müharibə etməz. Ermənistanı isə, kənara buraxmırlar. Ermənistan Ordusu  hücumların qarşısnı almaq üçün olduqca səmərəlidir. Əgər Azərbaycan uzaqgörən olsa, Qarabağı tanıyacaq”,-deyə Tarasov qeyd edib.

Daha çox göstər
Back to top button