Azərbaycan etirazını CNN-ə çatdıracaq
Azərbaycan CNN-ə Artsax və Dağlıq Qarabağ münaqişəsinin haqqında çəkdiyi sənədli filmə etirazını bildirəcək. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Azərbaycan beynəlxalq KİV-lərə öz itirazını çatdıracaq.
26 dəqiqəlik film Martakertdəki ön xəttinin əsgərləri haqqındadır. Filmə Artsax Respublikasının Prezidenti Bako Sahakyan, Parlamentinin sədri Aşot Ğulyan, Ermənistan Respublikası və Artsax Respublikasının müdafiə nazirləri Vigen Sargsyan və Levon Mnatsakanyan ilə keçirdiyi müsahibələr daxil olunub.
Daha əvvəl CNN telekanalının şou aparıcısı, amerikalı baş aşpaz Entoni Burden Artsax Respublikasına səfər etdiyinə görə “arzuolunmaz şəxslər siyahısına” daxil edilib. E.Burden oktyabr ayında “Entoni Burden: bilinməyən yerlər” teleşousu üçün Artsax Respublikasına səfər etdi.