Siyasət

Azərbaycan rəsmilərinin adı keçən yeni oğurluq faktları aşkarlandı

Jurnalistlərin beynəlxalq konsorsiumu yeni nəhəng araşdırmanı açıqlayıb. “Cənnət sənədləri”, yaxud “Cənnət adaları sənədləri” (“Paradise papers”) adlı bu araşdırma miqyasına görə “Panama sənədləri” ilə müqayisə oluna bilər.

Jurnalistlər 13 milyon 400 minədək sənədi araşdıraraq yüksəkçinli siyasətçilərin vergidən yayınma mexanizmini üzə çıxarıblar.

Araşdırmanı noyabrın 5-də ABŞ-da mənzillənən Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumu (ICIJ) yayıb.

Bu araşdırma özəlliklə, ABŞ prezidenti Donald Trump administrasiyası rəsmilərinin Rusiya prezidenti Vladimir Putin-in yaxın ətrafıyla biznes əlaqələrinə işıq salır.

Araşdırmaya görə, ABŞ-ın ticarət naziri Wilbur Ross-un sərmayə qoyduğu gəmiçilik şirkətinin Rusiya prezidenti Vladimir Putin-in müttəfiqlərinin idarə etdiyi şirkətlə bağlılığı var.

Sənədlər həmçinin Britaniya kraliçası II Yelizavetanın (Queen Elizabeth II) ofşor yatırımlara 13 milyon dollar qoyduğunu üzə çıxarıb.

2016-cı ildə “Panama sənədləri”ni də ICIJ yaymışdı. Panamadakı hüquq firmasının sənədlərin əsasən dünyanın bir sıra liderlərinin və zənginlərinin ofşor hesabları üzə çıxarılmışdı.

Yayılan sənədlərdə Azərbaycanın adının olmaması ən böyük hadisə olardı lakin, biz bir daha Azərbaycan hakimiyyətinin təmsilçilərinin  qanunsuz əməlləri ilə bu sənədlər vasitəsilə tanış olacağıq.

Daha çox göstər
Back to top button