İctimaiyyət

DTX casus Miryusif Mirmahmud oğlu Soltanovu həbs etdi

Dövlət Təhlükəsizlik Xidmətinin araşdırmaları nəticəsində Azərbaycan Respublikası vətəndaşlarını ölkədən çıxararaq xarici dövlətin xüsusi xidmət orqanı əməkdaşlarının əlaqəsinə verməkdə, maddi maraq müqabilində casusluq formasında dövlətə xəyanət etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Sultanov Miryusif Mirmahmud oğlu saxlanılıb.

Bu barədə DTX-nın İctimaiyyətiylə əlaqələr üzrə şöbəsindən məlumat verilib.

Məlumatda deyilir ki, Miryusif Soltanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsilə cinayət məsuliyyətinə cəlb edilərək, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, 2017-ci ilin mayın 7-də Azərbaycanın hüquq-mühafizə orqanları birgə bəyanat yayıblar. Bəyanatda deyilir ki, Tərtərdə “Ermənistan SQ-nin kəşfiyyat və xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən bir qrup hərbçi və mülki şəxs tutulub

Daha çox göstər
Back to top button