BaşlıcaSiyasət

Serj Sarkisyan Ermənistan-Hindistan iqtisadi əməkdaşlığın aktivləşməsinin üç istiqamətini qeyd etdi

İqtisadiyyat sahəsində Ermənistan-Hindistan əlaqələrini daha aktivləşmək üçün bir çox tədbirlər keçirilməlidir. Hindistanın “DD news”-ə verdiyi müsahibədə bu haqda ER Prezidenti Serj Sarkisyan qeyd edib.

“Bizim 3 istiqamətdə işləmək üçün imkanımız var. Birinci istiqamət odur ki, Ermənistanda və Hindistanda yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsullar var. Bu sahədə mübadilə həcmlərini artırmalıyıq. İkincisi, Ermənistanda qida sənayesinə böyük əhəmiyyət veririk və təcrübəmiz vardır”,-deyə Serj Sarkisyan qeyd edib.

Prezident deyib ki, hindi iş adamları bu təcrübə ilə tanış olmalıdırlar və Hindistanda birgə müəssisələrimiz olmalıdır. “Üçüncü istiqamət isə, Ermənistanda birgə müəssisələr qurula bilər. Bunun üçün Nəqliyyat vasitəsimiz kifayətdir. Bundan başqa, hindi iş adamlarını təşviq edən bir vəziyyət var. Ermənistan AİB-ə üzvdür və Ermənistanda istehsal olunan mallar maneəsiz şəkildə AİB-in 180 milyonluq bazarında satıla bilər. Ermənistanın cənub qonşusu İranın da böyük bazarı vardır. Orada da ərzaq tələbatı vardır”,-deyə Serj Sarkisyan qeyd edib.

Daha çox göstər
Back to top button