İctimaiyyət

Yerevan digər paytaxtlara bənzəmir: Sergey Ryazanski kosmosdan salamlarını göndərdi

Rus kosmonavt Sergey Ryazanski öz facebook səhifəsində Ermənistan paytaxtının kosmosdan çəkilmiş fotolarını yayıb.

Onun sözlərinə görə, Yerevan digər paytaxtlara bənzəmir: “İnsanlar burada heç bir yerə tələsmirlər, şəhər öz yavaş tempi ilə hərəkət edir. Yerevan simvollarından biri olan Kaskad ölkə xaricində də məşhurdur. Yeri gəlmişkən, bu fürsətdən faydalanıb Rusiyanın Ermənistandakı səfirliyində işləyən dostuma salamlarımı çatdırıram”,-deyə Ryazanski qeyd edib.

Sosial şəbəkələrin istifadəçiləri kosmosdan çəkilmiş fotoları görüncə bu cür şərhlər ediblər: “Yerevana heyranam. Mənim gördüyüm ən isti və ən qonaqpərvər insanlar yerevanda yaşayır”, “Wow, beautiful Armenia”, və s.

Daha çox göstər
Back to top button