Ekonomika

”Azərişıq” 2016-cı ili 25 milyon manatdan çox zərərlə başa vurub

2016-cı ilin dekabr ayının 31-i tarixinə “Azərişıq” ASC-nin aktivləri 2 mlrd. 374 mln. 19,676 min manat təşkil edib.

APA müəssisənin balans hesabatına istinadən xəbər verir ki, aktivlərin həcmi 2015-ci illə müqayisədə 17,07% artıb.

Aktivlərin 1 mlrd. 633,181 mln. manatı uzunmüddətli, 740,839 mln. manatı qısamüddətlidir. “Azərişıq” ASC-nin qısamüddətli debitor borcları 678,077 mln. manat təşkil edir.

Maraqlıdır ki, dövlət müəssisinin şübhəli borclar üzrə 44,658 mln. manat məbləğində ehtiyatları var,  – deyə agentlik yazır.

Hesabat dövründə “Azərişıq” ASC-nin öhdəlikləri 51,28% artaraq 996 mln. 301,603 min manata çatıb. Öhdəliklərin 815 mln. 370,545 min manatı uzunmüddətli, 180 mln. 931,059 min manatı isə qısamüddətlidir. Öhdəliklərin strukturuna nəzər saldıqda məlum olur ki, ASC-nin 49 mln. 345,849 min manatlıq təxirə salınmış vergi öhdəliyi, 55 mln. 832,061 min manat məbləğində isə uzunmüddətli faiz xərci yaradan öhdəlikləri var.

2016-cı ilin sonuna “Azərişıq” ASC-nin ümumi mənfəəti 76 mln. 831 min 619,72 manat təşkil edib.

Müəssisə satışdan 756 mln. 784 min 979,47 manat əldə etdiyi halda, satılmış məhsulun maya dəyərindən 679 mln. 953 min 359,75 manat zərərlə üzləşib.

“Azərişıq” ASC 2016-cı ili 25 mln. 636 min 439,15 manat məbləğində zərərlə başa vurub.

2015-ci ilin sonuna müəssisənin zərəri 31 mln. 286 min 554,94 manat idi.

İqtisadçı Nemət Əliyev Meydan TV-yə deyib ki, energetika sektorunda böyük biabırçılıqlar baş verir və korrupsiyanın tüğyan etdiyi sahələrdən hesab olunur.

Daha çox göstər
Back to top button