Təhlil

Bundestaqın qadın üzvü İlham Əliyev rejimi ilə əlaqələrinə görə çətin vəziyyətə düşüb

Dünyanın ən nüfuzlu nəşrlərindən sayılan, Almaniyanın “Spiegel” jurnalı Bundestaqın üzvü olan alman deputatın İlham Əliyev rejimi ilə korrupsiyaya bulaşması, SOCAR-ın Frankfurtda partiyaya 28 min avro köçürməsi, başqa bir alman siyasətçinin Əliyevlər ailəsinin şirkətlərindən 800 min pul alması haqda qalmaqallardan yazır. Məqalənin tərcüməsini Azadlıq.info təqdim edir:

Azərbaycandakı avtoritar rejim imicini təmizləmək üçün müxtəlif vasitələrə əl atır. Şübhəli razılaşmalardan tutmuş, lobbiçiliyə qədər…
Bu prosesin iştirakçıları sususr, qaranlıq məqamlara aydınlıq gətirmək istəmir. Bununla belə, getdikcə məsələlər aydınlaşır. Məlum olur ki, bir sıra partiyaların Azərbaycandakı güc sahibləri ilə xüsusi əlaqələri var.
Xəzərin sakilində yerləşən, resurslarla zəngin bu ölkəyə İlham Əliyev rəhbərlik edir. Uzun illərdir ki, Əliyev rejimi korrupsiyada, insan haqlarını pozmaqda ittiham olunur. Təşkilatlar dəfələrlə bu ölkədə jurnalistlərə qarşı təzyiqlər, onların yoxa çıxması haqda məlumatlar verir. Bu ölkədə vətəndaşlara verilən işgəncələr haqda da məlumatlar gəlir. Azərbaycan hökuməti isə bu məlumatları rədd edir.

SOCAR Almaniyada partiyaya 28 min avronu niyə köçürüb?

Almaniyada Sosial Demokratlar Partiyasının Frankfurt bölümünə verilmiş bir hədiyyə narahatlıq yaradır. “Süddeutsche Zeitung”un araşdırması nəticəsində məlum olub ki, 2012-ci il fevralın sonunda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Almaniyadakı nümayəndəliyindən bura 28 min avro köçürülüb. Bu hədiyyə üstündən bir neçə il keçəndən sonra medianın diqqət mərkəzinə düşüb. Çünki bir müddət öncə Bundestaq rəhbərliyi rəsmi qərar qəbul edərək, bu cür bəxşişlərin partiyalar üçün yolverilməz olduğunu bəyan etdi.
Pullar niyə birbaşa Frankfurta göndərilib? Hədiyyəni kim dəstəkləyib? Cənubi Qafqaz ölkəsinin dövlət şirkəti bununla nəyə nail olmaq istəyib? Bir çox cavabsız suallar var.
Partiyanın Frankfurt bölümü indiyədək məsələyə şərh vermək istəmir. SOCAR-ın Almaniyadakı nümayəndəliyinin baş direktoru Elmar Məmmədov isə “Süddeutsche Zeitung”a deyib ki, “Azərbaycanın və SOCAR-ın geosiyasi əhəmiyyəti fonunda siyasi liderlərlə fikir mübadiləsində maraqlıdılar”.
Hüquqi və maliyyə baxımından partiyanın xaricdən hədiyyə qəbul etməsinin çox güman ki, nəticəsi olmayacaq. Çünki Bundestaq rəhbərliyi 2013-cü ilin payızında sözügedən qadağa ilə bağlı qərar qəbul edib.
Pullar tam şəkildə Federal xəzinəyə köçürülməliydi. İndi Bundestaq Administrasiyası partiyanı bir daha xəbərdar edəcək.

Çətin vəziyyətdə qalan deputat: “Mən bilmirdim ki, şirkəti Azərbaycan hökuməti maliyyələşdirir”

Siyasətçi xanım Karin Strenzin vəziyyəti daha çətindir. 50 yaşlı Strenz son seçkidən sonra yenidən Bundestaqa qayıtdı. Onun seçkiqabağı kampaniyasında “facebook”da reklamı bu şüar altında gedirdi: “Biz Karin Strenzin fanatlarıyıq”. Fanatlar arasında isə Azərbaycan prezidenti də vardı…
O da “Süddeutsche Zeitung”un məsələ ilə bağlı sualını cavablandırmaqdan imtina edib. Elektron məktubunda yazıb ki, hazırda xəstədir, ona görə də cavab verə bilmir.
Bu siyasətçinin Bundestaqda və Almaniya nümayəndə heyətinin üzvü kimi, Avropa Şurasındakı qərarlarını müstəqil şəkildə verib-verməməsi, onun qərarlarına şübhəli ödəmələrin, hədiyyələrin təsir göstərib-göstərməməsi də cüvübsız suallardır.
Son vaxtlar bir sıra media orqanlarında məlumatlar yayılıb ki, xanım Stenz 2014-2015-ci illərdə İlham Əliyevin avtoritar rejiminin Avropada lobbiçiliyini həyata keçirmək məqsədilə yaradılmış şirkətdə məsləhətçi kimi fəaliyyət göstərib. Söhbət “Line M-Trade” şirkətindən gedir. Şirkətə keçmiş dövlət katibi Eduard Lintner rəhbərlik edirdi.

Yeganə məqsədi isə Azərbaycan hökumətinin lobbiçiliyini həyata keçirmək üçün bu ölkədən Almaniyaya pulların köçürülməsi idi. Deyilənə görə, Lintner son iki ildə Əliyevlər ailəsinin idarə etdiyi üç şirkətin hesabından 800 min avro pul alıb.
Stenz deyir ki, “Line M-Trade” şirkətinin Azərbaycan hökuməti tərəfindən maliyyələşdirildiyini bilməyib: “Mən bilmirdim ki, şirkəti rəami Bakı maliyyələşdirir”.

“O, avtoritar rejim qarşısında əyilib”

Bunların belə hərəkətləri siyasi baxımdan xoşagəlməz vəziyyət yaradır. Stenz Bundestaqda Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədridir. Uzun müddətdir ki, Azərbaycanın qatı tərəfdarlarından biri kimi çıxış edir. Təsəvvür edin, 2015-ci ildə o, Azərbaycandakı siyasi məhbusların hamısının azadlığa buraxılması çağırışının əks olunduğu qətnamənin əleyhinə səs verən yeganə alman qadın olmuşdu. Onun internet səhifəsində avtoritar İlham Əliyevlə fotoları var. O, Azərbaycandakı seçkiləri izləyən müşahidə missiyasının tərkibində olanda da oradakı halları tənqid etməyib.
Hələ də partiya Stenzlə bağlı məsələyə münasibət bildirməkdən yayınır. Korrupsiya iddialarına görə Avropa Şurası Parlament Assambleyasından iki nəfər geri çağrılıb – Karin Stenz və Aksel Fişer. Fişerin despotların müdafiəçisi kimi çıxışı bir neçə dəfə diqqət çəkib.
Son olaylardan sonra rəqib partiyalar da Strenzlə bağlı məsələyə münasibət bildiriblər. Yaşıllar partiyasının lideri Cem Özdemir onu avtoritar rejim qarşısında əyilməkdə ittiham edib. Digər siyasətçi Frenk Şvabe isə “Tagesşpigel”ə açıqlamasında Stenzin korrupsiyaya bulaşdığını və Almaniyanın nüfuzuna zərbə vurduğunu deyib.
Strenz isə bütün bu iddiaları rəd edir. Deyir ki, Avropa Şurasındakı səsvermə zamanı ona təsir göstərilməsinə və ya ələ alınmasına imkan vermədiyini söyləyir. Onun sözlərinə görə, şirkətdə gördüyü iş isə post-sovet məkanıyla, o cümlədən “Line M-Trade”lə iqtisadi əlaqələrdə maraqlı olan alman şirkətləri ilə onlar arasında münasibətlərin qurulmasından ibarət olub.
“Mən tam sağalandan və mümkün məhkəmə prosesindən sonra yenidən bu məsələlərlə bağlı açıq şəkildə şərh verə bilərəm”, – o bildirib.

Daha çox göstər
Back to top button