Siyasət

Nalbandyan İsraildə Knesetin vitse-prezidenti ilə görüşüb

Noyabrın 6-da İsrailə rəsmi səfərə gedən Ermənistan Respublikası Xİ naziri Edvard Nalbandyan İsrail Knesetinin vitse-prezidenti, Ermənistan-İsrail parlamentlərarası dostluq qrupunun sədri Tali Ploskov ilə görüşüb.

Bu haqda ER Xarici İşlər Nazirliyinin mətbuat, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Knesetin vitse-prezidenti Ermənistana etdiyi səfərinidə ER Xİ naziri ilə keçirdiyi görüşləri xatırlataraq  nazir Nalbandyanın səfərini alqışlayıb.

Nazir Nalbandyan parlamentlərarası əlaqələrin gələcək genişləməsinin əhəmiyyətini vurğulayaraq bu konteksdə iki ölkə parlamentlərində işləyən dostluq qrupların əməkdaşlığını, “Ermənistan-İsrail” ictiami forumunun fəaliyyətini yüksək qiymətləndirib. Tərəflər ikitərəfli əlaqələrin inkişafı istiqamətində aparılan addımlar, mərkəzləşdirilmiş qarşılıqlı əlaqələr, mədəni əlaqələrin intensivləşdirilməsi və turizm təşviqi ilə əlaqədar bir sıra məsələlərə toxunublar. Ermənistan-İsrail tarixi əlaqələrə, İsraildəki erməni icması və Ermənistandakı yəhudi icmasının fəaliyyətinə də toxunulub.

Ermənistan Xİ naziri və İsrail Knesetin vitse-prezidenti bir sıra regional məsələləri barədə də fikir mübadiləsi apardılar.

Daha çox göstər
Back to top button