Təhlil

“Cash Investigation”: Fransa məhkəməsi Azərbaycan iddiasını niyə rədd etdi?

Fransada Nanter məhkəməsi Azərbaycan hökumətinin Fransanın «France 2» televiziya kanalına və onun əməkdaşları olan jurnalsitlər Elizabet Lucet’lə Loran Riçard’a qarşı iddiasını rədd edib. Bu haqda “Novaya Gazeta” məlumat verir. İki il öncə “France 2” televiziyası ilə yayımlanan araşdırma proqramında E.Lucet Azərbaycanın “dünyanın ən qəddar diktaturaları”ndan biri olduğunu söyləyib. Riçard isə “France Info” radiosuna müsahibəsində Azərbaycana “diktatura” deyib. Azərbaycan hökuməti jurnalistləri məhkəməyə verib.

Məhkəmə Azərbaycan hökumətinin Fransada jurnalistlərə senzura qoya bilməyəcəyi ilə bağlı qərar verib. Bu barədə jurnalist Riçard Facebook səhifəsində də yazıb. O bildirib ki, artıq məhkəmənin də rəsmi qərarı var: “Azərbaycan diktatura adlandırıla bilər və Azərbaycan xaricə senzura ixrac edə bilməz”. Jurnalistlər diffamasiyada ittiham olunurdular. Beynəlxalq media qurumları bu iddianı Bakının “Fransaya senzuranın ixracı” cəhdi adlandırırdılar. RSF fransalı jurnalistlərə qarşı iddianı “Azərbaycan hökumətinin azad sözə nifrətini sərgiləyən qorxutma cəhdi” adlandırıb.

“Sadəcə söz azadlığı hüququndan yararlandığına görə iki fransalı jurnalisti məhkəməyə verməklə Azərbaycan hökuməti tənqidə tamamilə dözümsüzlüyünü sərgiləmiş oldu. Bakının Fransaya senzura ixrac etməsinə yol verməməliyik”, –RSF-in baş katibi Christophe Deloire deyib. Azərbaycan prezidenti İlham Əliyevsə RSF-in “mətbuat azadlığının düşmənləri” siyahısına salınıb.

“Cash Investigation” filmində həmçinin qeyd olunur ki, fransalı bir neçə deputatlar bu dövlətlərdən hədiyələr və pullar alıblar. OCCRP araşdırmaları da göstərib ki, Azərbaycan hakimiyyəti Avropada pul yuyulması ilə məşğuldur. Fransanın Konyak şəhərinin meri Mişel Gurinşas Azərbaycanın verdiyi pulları ilə otelləri tikmişdi. Jurnalistlər onnun yanına, həbsxanaya getdilər və o, Azərbaycandan pul və hədiyələır aldığını söyləyib.

Daha çox göstər
Back to top button