ER Parlamentinin sədri AŞPA-nın həmməruzəçiləri ilə Ermənistanda baş verən siyasi prosesləri müzakirə edib
ER Parlamentinin sədri Ara Babloyan Avropa Şurasının Parlament Assambleyasının Monitorinq Komitəsinin Erməni məsələləri üzrə həmməruzəçiləri Cuzeppe Galati və Alan Mili qəbul edib. Bu barədə Parlamentin mətbuat xidməti məlumat verib. Ara Babloyan avropalı həmməruzəçilərin parlamentə edilmiş səfərini alqışlayaraq ölkədə Konstitusiya islahatlarından sonra başlanmış proseslər barədə danışıb.
Parlamentin sədri həmməruzəçilərin Ermənistana göstərdiyi dəstəyini yüksək qiymətləndirib. Ara Babloyan Ermənistanda baş verən dəyişikliklər kontekstində parlament rolunu və əhəmiyyətini vurğulayıb. AŞPA Monitorinq Komitəsinin Erməni məsələləri üzrə həmməruzəçiləri ER Parlamentinin sədrinə onları maraqlandıran sualları veriblər.
Görüşdə Ermənistanda baş verən son siyasi inkişafları, seçki sistemin islahatları, mühakimənin müstəqilliyi və korrupsiyaya qarşı mübarizə ilə bağlı məsələləri müzakirə edib. Alan Mil və uzeppe Galati Ermənistanla əməkdaşlığın genişlənməsinə hazır olduklarını vurğulayıblar.