Ekonomika

ER Talin şəhərində Ermənistanın ən böyük günəş stansiyası açılıb

ER baş naziri Karen Karapetyan noyabrın 7-də Aragatsotn rayonunun Talin şəhərində Ermənistanda ən böyük 7MVt gücüylə “Talin-1” günəş stansiyasının açılışı mərasimində iştirak edib.
Qeyd edilib ki, bu unikal layihə Ermənistanın günəş enerjisi, ekoloji və iqtisadi sahələrinin inkişafı üçün istehsal gücü və imkanları baxımından böyük əhəmiyyət daşıyır.

Layihə erməni investorlar qrupunun (Eduard Marutyan, Arayik Karapetyan, Zaven Sargsyan, Hayk Çobanyan) vasitəsiylə həyata keçirilib və “Yenilənə Enerji Dəstəyi” layihəsinin çərçivəsində Alman-erməni fondu və KFW bankı tərəfindən maliyyələşdirilmişdir.

Günəş stansiyasının açılışı mərasimindən sonra baş nazir Beynəlxalq enerji xartiyasının baş katibi Urban Rusnak ilə ayrılıqda söhbət edib. Hökümətin başçısı vurğulayıb ki, enerji sahəsi bizim ölkəmizdə iqdisatiyyatın ən sürətli inkişaf edən sahələrindən biridir və dövlət müxtəlif proqramların həyata keçirilməsi yoluyla sahənin şaxələndirilməsinə əhəmiyyət verir.
Öz növbətində Urban Rusnak enerji təhlükəsizliyin təminatı baxımdan ER hökumətinin addımlarını alqışlayıb.

Daha çox göstər
Back to top button