BaşlıcaSiyasət

ER Xİ naziri İsrail Baş nazirinə Artsax münaqişəsinin nizamlanma prosesinin cari vəziyyətini təqdim edib

Noyabrın 7-də rəsmi səfərində İsraildə olan Xİ naziri Edvard Nalbandyan İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşüb. İsrail Baş naziri ER Xİ nazirinin İsrailə etdiyi səfərinə əhəmiyyət verərək qeyd edib ki, İsrail Ermənistanla əlaqələrini genişləməyə hazırdır. O həmçinin vurğulayıb ki, iki ölkə arasında əməkqdaşlığın böyük potensialı vardır.

ER Xİ naziri məmnuniyətlə qeyd edib ki, son zamanlarda Ermənistan-İsrail əlaqələri aktivləşib. O ümid edib ki, iki xalqın tarixi dostluq ənənələrinə əsasən, birgə səyləri ilə Ermənistan və İsrail münasibətlərinə yeni təkan veriləcək.

Görüş zamanı Ermənistan-İsrail ikitərəfli gündəm məsələləri və beynəlxalq qurumlarda əməkdaşlıqla bağlı ətraflı müzakirə olub. İkitərəfli ticarət və iqtisadi əlaqələrin aktivləşməsi, biznes əlaqələrin təşviqi və beynəlxalq qurumlarda əməkdaşlığın gücləndirilməsi, informasiya texnologiyaları, elm və təhsil, turizm və kənd təsərrüfatı sahələrində birgə layihələrin həyata keçirilmə imkanları çərçivəsində fikir mübadiləsi aparılıb.

İsrail Baş naziri və Ermənistan Xİ naziri ermənilərin Yerusəlimdəki zəngin tarixi və mədəni irsinə də toxunublar. Baş nazir Netanyahu və nazir Nalbandyan regional və beynəlxalq məsələlərə, Yaxın Şərqdəki hadisələrə dair fikir mübadiləsi aparıblar. Nalbandyan Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə nizamlanması istiqamətində Ermənistan və ATƏT-in Minsk Qrupun həmsədr ölkələrinin səylərini təqdim edib.

Daha çox göstər
Back to top button