Təhlil

Fazil Mustafa: “Vətəndaşlar müdafiəsiz qaldılar”

Böyük Quruluş Partiyasının rəhbəri, deputat Fazil Mustafa parlamentin qanunvericiliyə qəbul etdiyi düzəlişləri tənqid edib. Düzəlişlər məhkəmələrdə nümayəndəlik institutunun məhdudlaşdırılmasına yönəlib.

O, Turan-ın müxbiri ilə söhbətində deyib ki, düzəlişlərlə bağlı mənfi münasibətini bildirib və onların əleyhinə səs verib. Onun fikrincə, düzəlişlər vətəndaşların məhkəmə çəkişmələrində müdafiəsini zəiflədəcək.

“Bundan öncə əhalinin aztəminatlı təbəqəsi 20-30 manata hüquqşünaslarla müqavilə bağlaya bilirdi və onlar da məhkəmələrdə vətəndaşların nümayəndələri və ya müdafiəçiləri kimi çıxış edirdilər”, – deputat vurğulayıb.

F.Mustafanın fikrincə, mövcud problemləri qanunvericiliyin təkmilləşdirilməsi vasitəsilə həll etmək olardı. Ancaq nümayəndəlik institutunu tamamilə ləğv etmək olmaz. Onun sözlərinə görə, ölkədə cəmi 900 vəkilin olduğu halda vətəndaşların müdafiəsini təmin etmək çətin olacaq.

Onun fikrincə, Azərbaycana ən azı 5 min vəkil lazımdır.

Daha çox göstər
Back to top button