Beynəlxalq

Fransa məhkəməsi Azərbaycanı “diktator” adlandırmağa icazə verib

Azərbaycan hakimiyyətini “diktatura” adlandıran jurnalistlər Elis Luçetə və Loran Rişara qarşı Bakının qaldırdığı iddianı Fransada Nantes məhkəməsi rədd edib.
2015-ci ilin sentyabrın 7-də Elis Luçet və Loran Rişar «France 2» televiziyası ilə yayımlanan araşdırma proqramında Azrbaycanı “diktator” adlandırıb.
Nanter şəhərinin məhkəməsinin sədri bəyan edib ki: “Mətbuat azadlığı barədə qanunun məqsədi ifadə azadlığını və dövlətin bir şəxsin cinayət təqibinə mane olmasını təmin etməsidir”.

“Liberation”- a əsasən, məhkəmə deyib ki, “Cəza Məcəlləsi ciddi şəkildə təsvir edilmişdir” və Qafqaz dövləti “Fransız dövlətindən daha artıq hüquqa malik deyil ” və iddianı qəbuledilməz hesab edir.
“France Télévisions”-un iki jurnalistlərinin vəkilləri məhkəmə qərarını alqışlayıb. Vəkil Vircin Marken məhkəmə qərarını “çox maraqlı” adlandırıb, vurğulayaraq ki, məhkəmə jurnalistə qarşı əməliyyat ifadə azadlığına ciddi şəkildə zərər verəcəyini təstiq etdi. Vəkil qeyd edib ki, bu qərar “jurnalistlərin siyasi senzurasının bütün imkanlarına son qoydu”.
Xatırladaq ki, “Cash Investigation” verilişi zamanı Elis Lyuçet Loran Rişardın Fransua Ollandın Bakıya səfəri çərçivəsində çəkilmiş reportajı təqdim edib. Bu reportajda Azərbaycan “dictator dövlət”, prezident İlham Əliyəv isə, “diktator” kimi təqdim edilib. Əliyevi “France Télévisions”-un icraedici direktoru Dofan Ernot də diktator adlandırıb.

“Azərbaycanda diktatura demək, sadəcə fikir deyil. “Cash Investigation” fikirlər barədə veriliş deyil, araşdırmadır”- deyə jurnalist qeyd edib.

Daha çox göstər
Back to top button