BaşlıcaSiyasət

Serj Sarkisyan: Avropa Şurası Ermənistanda islahatların həyata keçirilməsinə dəsətk verir

Prezident Serj Sarkisyan Avropa Şurasının Parlament Assambleyasının Monitorinq Komitəsinin Erməni məsələləri üzrə həmməruzəçiləri Cuzeppe Galati və Alan Mili qəbul edib. Bu haqda prezident administarsiyasından məlumat verilib. Prezident qeyd edib ki, Ermənistan Avropa Şurasına üzvülüklə qarşısında duran öhdəliklərini düzgün yerinə yetirilməsinə ciddi şəkildə riayət edir və beləcə Avropa təşkilatının inkişafı və gücləndirilməsinə mübət təsir edir. Prezident həmçinin vurğuluayıb ki, həmməruzəçilərin səfəri Ermənistanda baş verən sistem islahatlarının əhəmiyyətli mərhələsi ilə üst-üstə düşdü. Bu proseslər seçki prosesinə ictimaiyyətin inamın artması və seçkilərdən sonra ictimai konsensusun formalaşdırılması baxımından misli görünməmişdir və beynəlxalq müşahidə missiyalarının, o cümlədən AŞPA nümayəndə heyətinin müsbət qiymətləndirilməsini qazanmışdır.

Serj Sarkisyan bir daha da qeyd edib ki, Avropa Şurası Ermənistanda keçirilən islahatlar prosesində əhəmiyyətli bir əməkdaşdır və ölkəmiz bu qurumla aktiv əməkdaşlıq etməkdə maraqlıdır. Həmməruzəçilər Ermənistana etdikləri nöbəti səfərində qeyd olunan dəyişiklikləri müsbət qiymətləndiriblər. Onlar, Suriyalı erməni qaçqınların ata-baba vətənində, Ermənistanda qəbul edilməsini və dəsətkləndirməsini tərifləyərək qeyd ediblər ki, bu, dünyanın digər dövlətləri və xalqları üçün çox yaxşı bir nümunədir.

Həmməruzəçilər dövlət başçısını ölkənin görünən inkişafı münasibətilə təbrik edərək qeyd ediblər ki, AŞ Ermənistanın yarı prezidentlik sistemindən daha demokratik olan parlament sisteminə keçməsini və konstitusiya dəyişikliklərindən irəli gələn islahatların həyata keçirilməsi üçün atılan addımları yüksək qiymətləndirir.

Görüş zamanı ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə də toxunulub.

Daha çox göstər
Back to top button