“Azərbaycanın pulyuyan maşını” ilə bağlı alman deputatı hər ay 7500 avro “maaş” aldığını söyləyib
“Azərbaycanın pulyuyan maşını” adlı araşdırma nəticəsində Almaniyanın Xristian Demokrat Partiyasının üzvü, 2009-cu ildən Bundestaq deputatı xanım Karin Strenzin Azərbaycandan pullar aldığını aşkar olunduqdan sonra deputat ona aylar boyunca verilən suallara və ittihamlara cavab verib.
Strenz 9 səhifəli bəyanatda Azərbaycan ilə əlaqələrinə toxunaraq qeyd edib ki, özü korrupsiyalaşmış deyil və heç bir yalan deməmişdir, lakin “Ostsee-Zeitung”-un yazdığına görə, Strenz suallara qismən cavab verib. Tənqidçilər onun bəyanatlarını inandırıcı hesab etmirlər.
Son zamanlarda Almaniyada seçkilərdən öncə aşkar olub ki, Strenz Azərbaycan üçün lobbiçilik edən Eduard Lintner üçün işləyərək 30 min avro qazanıb. Qeyd olunur ki, deputatın avtokrat dövləti ilə yaxın əlaqələri vardı, lakin Strenz suallara cavab vermədən bu məlumatları inkar edir.
Avropa Şurası Parlament Assambleyasının üzvü olan Strenz Avropa Şurasına göndərdiyi izahatda deyilir ki, “ona qarşı irəli sürülən ittihamlar balanslı deyil”. O yalan söylədiğinə və rüşvət aldığına dair ittihamları inkar edir, lakin o, Lintnerin “Line M-Trade” şirkəti üçün çalışdığını və hər ay 7497 avro (3 ayda 22 491 avro) aldığını qəbul edib. Stenz deyir ki, “Line M-Trade” şirkətinin Azərbaycan hökuməti tərəfindən maliyyələşdirildiyini bilməyib: “Mən bilmirdim ki, şirkəti rəami Bakı maliyyələşdirir”.