Təhlil

BBC: Azərbaycanda yoxsul insanlar vəkillər müdafiəsindən məhrum olunur

2018-ci ilin yanvarın 1-dən 10 milyon əhalisi olan Azərbaycanda məhkəmələrdə inzibati və mülki proseslərdə vətəndaşları yalnız vəkillər təmsil edə bilərlər. Onların sayı isə, 905-dir.

Noyabrın 7-də Prezident İlham Əliyev Milli Məclisdə “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qəbul olunmuş qanunu imzalayaraq təsdiq edib.

BBC yazır ki, beləliklə, ölkədə Nümayəndəlik institutu tamamilə ləğv edilir. Dövlət Statistika Komitəsinin 2017-ci ilin 1 yanvar tarixli məlumatına görə hazırda ölkədə 9 milyon 810 min əhali yaşayır. Vəkillər Kollegiyasında 905 üzv var. Qazax rayonunda 95 800 nəfərə Vəkillər Kollegiyasının üzvü 2 vəkil xidmət göstərir.

Deməlidir ki, bu dəyişikliklərdən sonra yoxsul insanlar vəkillər müdafiəsindən məhrum olunurlar, çünki vəkillərin çatışmazlığı böyük tələbat yaradacaq. Beləcə bu proseslər vəkillər işinin keyfiyyətinə də təsir edəcək. Bundan başqa, Vəkillər Kollegiyası monopoliyaya çəvirilir. Dəyişikliklərlə AİHM-ə müraciyyət etmə prosedurları çətinləşəcək.

Daha çox göstər
Back to top button