Siyasət

ER Baş naziri: Ermənistan AŞ ilə əməkdaşlığı yüksək qiymətləndirir

Baş nazir Karen Karapetyan Avropa Şurası (AŞ) Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri Gudrun Mosler-Tyornştroymi qəbul edib.

Hökumət başçısı AŞ Yerli və Regional Hakimiyyətlər Konqresinin sədrinin səfərinə və Ermənistanda yerli hakimiyyətlərinin 20-ci ildönümünə həsr edilmiş tədbirində iştirak etdiyinə əhəmiyyət verib. Baş nazirin sözlərinə görə, Ermənistan AŞ ilə əməkdaşlığını yüksək qiymətləndirir və AŞ bütün qanuni və məsləhət orqanlarının, o cümlədən Yerli və Regional Hakimiyyətlər Konqresinin işlərində aktiv şəkildə iştirak edir.

Xanım Mosler-Tyornştryom AŞ Yerli və Regional Hakimiyyətlər Konqresi ilə olan əməkdaşlığı səmərəli hesab edərək qeyd edib ki, onlar üçün Ermənistan etibarlı tərəfdaşdır. Baş nazir və AŞ Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri Ermənistanda yerli demokratiyasının güclənməsi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıblar.

Daha çox göstər
Back to top button