Siyasət

ER Ombudsmanı Azərbaycan tərəfindən Tavuşun sərhədyanı kəndlərinə vurulan ziyana dair hesabat dərc edəcək

ER insan hüquqları müdafiəçisi Aram Tatoyan fakt-araşdırıcı fəaliyyəti həyata keçirmək üçün noyabrın 8-də Tavuş rayonunun Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşə tutulan sərhədyanı kəndlərinə gedib.

ER Ombudsman administrasiyasından verilən məlumata görə, Ombudsman Çinari kəndinin başçısı Samvel Sağoyanın müşayiəti ilə kəndi gəzərək Azərbaycan Silahlı Qüvvələri tərəfindən açılan atəş nəticəsində uşaq bağçasının divarlarında yaranmış atəşi izlərini qeyd edib.

“Digər sərhədyanı kəndlərində olduğu kimi, burada da Azərbaycan SQ-nın hədəfi mülki sakinlərdir. Yaxın günlərdə dərc olunacaq hesabatda mülki sakinlərə verilən zərər barədə də yazılacaq. Büynəlxalq ictimaiyyətə bu barədə həqiqi məlumat verilməlidir”,-deyə Arman Tatoyan qeyd edib.

Fakt-araşdırıcı işlərdən başqa, Artsvaberd, Aygedzor və Çinari kəndlərində Ombudsman yerli sakinləri ilə görüşüb və onların problemləri haqqında danışıb. Bu məsələlərlə bağlı davamlı işlər aparılır. Keçən dəfə Tavuş rayonunun sərhədyanı kəndlərinə edilmiş səfərdən sonra sakinlərin bir çox problemləri həll olunub.

Daha çox göstər
Back to top button