İctimaiyyət

Faiq Əmirlidən 39 min manat ödəməsi tələb olunur

“Azadlıq” qəzetinin sentyabrda həbsdən şərti azad edilmiş yayım direktoru Faiq Əmirli Səbayel rayon Məhkəməsinə çağırılıb. O, dünən, noyabrın 8-i məhkəmənin icra şöbəsində olub.

“Turan.az” saytına əsasən, bu haqda onun özü bildirib.

Məhkəmə qərarlarını icra şöbəsinə Faiq Əmirlinin iltizam alınıb. İltizama görə, F.Əmirli ayda iki dəfə şöbəyə gedib, qeydiyyatdan keçməli, yaşayış yerini tərk etdiyi hallarda şöbəni xəbərdar etməlidir.

İcra şöbəsində həmçinin ona şöbənin müvafiq qərarı təqdim edilib. Qərar “Azadlıq” qəzetinin yayım direktorunun vergi borcunun ödənilməsi ilkə bağlıdır. Ondan vergi borcunu ödəməsi tələb olunur.

Qərarda göstərilir ki, Səbael rayon Məhkəməsi bu il iyulun 24-də F.Əmirlidən 39 min 21 manat məbləğində puul vəsaitinin tutulması barədə icra vərəqəsi göndərib. F.Əmçirliyə bildirilib ki, noyabrın 6-da həmin icra sənədi üzrə icraata başlanılıb. F.Əmirli 10 gün müddətində göstərilən məbləğin ödənilməsini təmin etməli, ödəniş qəbzini məhkəməyə təqim etməlidir.

F.Əmirli bunu etməyəcəyi təqdirdə, onun əmlakı üzərinə həbs qoyula, satışa çıxarıla bilər. Belə olan halda, F.Əmirlidən əlavə olaraq, icra xərcləri və 7 faizlik məcburi icra ödənişi tutula bilər.

Faiq Əmirli ötən il avqustun 20-də saxlanıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunurdu. Daha sonra Əmirliyə yeni ağır ittihamlar irəli sürüldü. Ancaq ona verilmiş bəzi ittihamlar məhkəmə öncəsi götürüldü.

F.Əmirli yekun olaraq CM-nin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edilib.

O, 3 il 3 ay azadlıqdan məhrum edilmiş, vergidən yayınmaga görə, cərimələnmişdi. Bu il sentyabrın 15-də Bakı Apellyasiya Məhkəməsi onun barəsindəki qərarı dəyişmişdi. Qərara əsasən, Faiq Əmirliyə münasibətdə CM-nin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunmuşdu. Səbail Rayon Məhkəməsinin hökmü ilə ona verilmiş 3 il 3 aylıq həbs cəzasının 2 il 2 ay beş günü şərti hesab olunmuş, ona üç il sınaq müddəti təyin olunmuşdu. F.Əmirli məhkəmə zalından azadlığa buraxılmışdı.

AXCP F.Əmirlinin həbsini siyasi sifariş sayırdı. F.Əmirlinin həbsindən sonra “Azadlıq” qəzetinin çapı dayanıb. Üstəlik, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağrılıb, ifadələri alınıb.

Daha çox göstər
Back to top button