Beynəlxalq
İraq ordusu İŞİD-lə əlaqədə şübhəli bilinən 200 Azərbaycan vətəndaşı olan qadın saxlayıb
“Deutche Welle”-ə əsasən, İraq parlamentinin deputatı Vian Dahil öz ölkəsinin hərbçilərinin İŞİD-lə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı və 512 rusiyalı qadını saxladıqlarını bildirib.
Bu barədə iraqlı deputat Vian Dahil özünün “Twitter” səhifəsində yazıb. Deputanın bildirdiyinə görə, saxlanılan qadınlar həbsxanaya yerləşdirilib. V. Dahil qadınların harada və nə vaxt saxlanıldığını açıqlamayıb.
İraqın Müdafiə Nazirliyindəki mənbə 512 nəfər rusiyalı qadının saxlanılması barədə məlumatı RİA Novosti agentliyinə təkzib edib.