Siyasət

Rəsmi Stepanakert: “Azərbaycan üçün Qarabağ münaqişəsinin mərhələli şəkildə həlli Artsaxın addım-addım işğalıdır”

Azərbaycan üçün Qarabağ münaqişəsinin mərhələli  şəkildə həlli Artsaxın addım-addım işğalıdır. Bu haqda “Arminfo”-ya müsahibəsində Artsax Respublikasının Prezidentinin mətbuat katibi Davit Babayan qeyd etdi.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi 1918-ci ildə başlayıb. “Gələcək ildə münaqişənin başlayandan bəri 100 il olacaq. Bu illər ərzində bir çox mərhələdən keçdik və indi üzüngörünlü bir mərhələdən keçiririk və bu münaqişənin hərtərəfli həllinə töhfə verməyəcəkdir. Azərbaycan üçün Qarabağ münaqişəsinin mərhələli  şəkildə həlli Artsaxın addım-addım işğalıdır. Bu yanaşma qeyri-realdır. Əgər Bakı həqiqətən münaqişənin mərhəli şəkildə həllini istəyirsə, Azərbaycan ilk mərhələsi kimi Artsax Respublikasının müstəqiliyini tanımalıdr. Şübhə edirəm ki, Bakı bu addımı atacaq”- deyə Davit Babayan qeyd etdi.

Eyni zamanda Artsax Respublikasının Prezidentinin mətbuat katibi qeyd etdi ki, münaqişənin həlli iki istiqamətdə aparılır, birincisi çox səy və vaxt tələb edən  münaqişənin qanuni və siyasi həllidir, ikincisi bununla paralel olaraq regionda sülhün və sabitliyinin qorunmasıdır. “Bu, bir sıra fəaliyyətdir. Bununla əlaqədar, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü regionda sülhün və sabitliyinin möhkəmləndirilməsi tədbirlərinin dəstəklənməsi baxımından vacib hesab edirəm”- deyə Davit Babayan vurğulayıb.

Qeyd edək ki,  Azərbaycanın ATƏT-dəki  daimi nümayəndəsi  1163-cü iclası zamanı  bəyan edib ki,  Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarının intensivləşdirilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədrlərindən praktik  addımlar atmasını gözləyir.

Eyni zamanda rəsmi  Bakı qeyd etdi ki,  münaqişənin mərhələli variantına altenrativ yoxdur və bu sülhə nail olmaq üçün ən yaxşı şansı budur.

Daha çox göstər
Back to top button