İctimaiyyət

Azərbaycan hakimiyyətinin jurnalistlərə mənzillər verdiyinə baxmayaraq, illərcə şəhid ailələri öz növbəsini gözləyir

Gülnarə Qasımova 26 ildir bu otağa məhkum olub. İllərdir çəkdiyi ağrılara bu otaq şahidlik edib. Həmin bir otaqda övladını böyüdüb, xəstə anasına baxıb. Elə bu yataqxanada yaşadığı illərin sayı qədər də ev növbəsindədir. Düz 26 il…

“Meydan.tv” saytına əsasən, Tahirə Səmədova Nəsimi Rayon İcra Hakimiyyətində 11 ildir ev gözləyir. Qurum bildirir ki, növbəlilik əsasında mənzillə təmin olunacaq. Nazirlik vətəndaşın maksimum nə qədər növbədə durmalı olduğu sualından yayınır.

İqtisadçı Nemət Əliyevsə deyir ki, gözləməyə dəyməz. Əgər hakimiyyət maliyyə imkanlarının bol olduğu dönəmdə onları evlə təmin etməyibsə, bu çətin dönəmdə heç etməz.

Budur, elə jurnalistlərin binasının yaxınlığındakı yeni bina öz sakinlərini gözləyir. Növbə yenə şəhid ailələrinin yox, hakim Yeni Azərbaycan Partiyasının (YAP) işçilərinindir. Milli Məclisin deputatı, YAP-ın Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev bildirib ki, ipoteka krediti vasitəsilə YAP işçilərinə, xüsusilə də partiya sıralarında olan gənclərin sosial vəziyyətini yaxşılaşdırmaq üçün belə bir şərait yaradılıb.

Tahirə Səmədova 11, Gülnarə Qasımova 26 il, həmçinin daha yüzlərlə vətəndaş növbənin nə vaxtsa onlara gəlib çatacağı ümidi ilə gözləyirlər.

Daha çox göstər
Back to top button