Siyasət
Ermənistan İrana yardım təklif etdi
Ermənistan Respublikasının baş naziri Karen Karapetyan İran-İraqla sərhəddə baş verən zəlzələnin nəticələrinin aradan qaldırlması üçün İrana yardım etməyə hazır olduğunu bildirib.
“Kermanşahda qərbində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Ermənistan xalqı adından dərin hüznlə başsağlığı verir və zəlzələnin nəticələrinin aradan qaldırılmasını dəstəkləməyə hazır olduğumuzu bildiriəm”- deyə ER baş nazirinin İran Prezidentinin birnci müavini Eshağ Jahangiriyə göndərdiyi məktubda deyilir.