Ekonomika

Azərbaycanda neft hasilatı 7,2% azalıb

2017-ci ilin yanvar-oktyabr aylarında ölkədə 32 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,4% artıb, neft sektorunda isə 5,9% azalıb.

Mədənçıxarma sektorunda neft hasilatı 7,2%, əmtəəlik qaz hasilatı isə 2,6% azalıb.

Asiya İnkişaf Bankının proqnozlarına görə, 2017-ci ildə Azərbaycan iqtisadiyyatında azalma əvvəlki 1.1 % əvəzinə 1.3 % təşkil edib. Bankın hesabtında qeyd edilir ki,  sənaye  5.9 % və neft  sektorunda 9% azalma qeydə alınıb, bu isə  Azərbaycanın ÜMD-i nəzərdən keçirməsinə səbəb olacaq.

Daha çox göstər
Back to top button