Ermənistanda Davamlı İnkişaf Məqsədləri üçün İnnovasiya mərkəzi açılıb
Bu gün ER Hökuməti və BMT-nin təşəbbüsü ilə Davamlı İnkişaf Məqsədləri üçün İnnovasiya Mərkəzi açılıb. Yeni açılan mərkəz Ermənistanda Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə yönəlmişdir.
Mərkəzinin rəsmi açılışında ER baş naziri Karen Karapetyan da iştirak etdi. Baş nazir bu tədbirə çox yaxşı əhvalla gəldiyini deyib.
“Mərkəz ER Hökumətinin və BMT-nin birgə təşəbbüsüdür, bu isə Strateji Təşəbbüsslər çərçivəsində fəaliyyət göstərəcək”- deyə ER baş naziri Karen Karapetyan qeyd etdi.
Baş nazir vurğulayıb ki, bu son dərəcə mühüm bir seçimdir, çünki Ermənistan üçün ölkədə keçirilən islahatlar çərçivəsində BMT-nin Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi çox vacibdir.
“Bu ilk dəfədir ki, dövlət BMT ilə birgə innovasiyon mərkəz qurur.Gələcək ilin iyun ayında BMT-də davamlı inkişaf prosesini təqdim edəcəyik. Ümid edirəm ki, dövlət və BMT -nin əməkdaşlığı və qeyri-standart üsullardan istifadə edərək effektiv bir həll tapamaq üçün təçrübəmiz yaxşı nümunəsi ola bilər. BMT-nin ofisi vasitəsilə həyata keçirilən işləri çox yüksək qiymətləndiririk”- deyə ER baş naziri Karen Karapetyan vurğulayıb.