Siyasət

Nalbandyan və Minsk qrupunun həmsədrləri xarici işlər nazirlərinin görüşünü təşkil etmək imkanı müzakirə ediblər

Noyabrın 14-də Moskvada işgüzar səfərdə olan  ER xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Mink qrupunun həmsədrləri İgor Popov, Stefan Viskonti və Endryu Şofer ilə görüşüb. Görüşdə ATƏT-in fəaliyyətdə olan həmsədrin şəxsi nümayəndəsi Anjey Kaprçik də içtirak edib.

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin  sülh yolu ilə nizamlanması prosesi üçün əlverişli  şəraitin yaradılması üçün zəruri olan addımlar barədə fikir mübadiləsi aparılıb.

Tərəflər Vyana, Sankt-Peteburq və Cenevrə sammitlərində əldə edilən razılaşmalarının həyata keçirlməsi üçün atılan addımları da müzakirə ediblər.

Yaxıda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünü təşkil etmək imkanı müzakirə ediblər.

Daha çox göstər
Back to top button