Siyasət

Sergey Lavrov gələn həftənin əvvəlində Yerevan və Bakıya səfər edəcək

RF xarici işlər naziri Sergey Lavrov bildirb ki, gələn həftənin əvvəlində  Yerevan və Bakıya səfər edəcək.

“Gələn həftənin əvvəlində Yerevan  və Bakıya səfər etməyi düşünürəm. İlk növbədə bu səfərlər RF-Ermənistan və RF-Azərbaycan  diplomatik əalqələrinin qurulmasının 25 illiyi ilə əlaqədərdir”- deyə Sergey Lavrov qeyd etdi.

“Gündəliyə hər iki ölkə ilə ayrılıqda ikitərəfli əlaqələrin müzakirəsi daxildir. Həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səylərin hansı səviyyədə olduğunu müzakirə edəcəyik. Görüşlər zamanı həmçinin regional və beynəlxalq məsələlərin müzakirəsi də  nəzərdə tutulub”- deyə Rusiya xarici işlər naziri Sergey Lavrov.

Daha çox göstər
Back to top button