İctimaiyyət

12 mindən çox adam dövlət sektorundakı işindən çıxıb

2017-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 526,4 min nəfər olmuş, onlardan 877,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 648,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

“Azadliq.info” saytına əsasən, 2017-ci il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 514,0 min nəfər olmuş, onlardan 889,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 624,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir. Beləliklə, bu ilin 9 ayı ərzində  dövlət sektorunda işləyənlərin sayı 12,3 min nəfərlə azalıb.

Daha çox göstər
Back to top button