Beynəlxalq
ABŞ Dövlət Departamenti öz vətəndaşlarına Azərbaycanda əməliyyat olunmamağa və apteklərdən dərman almamağa çağırıb
ABŞ Dövlət Departamenti Azərbaycana səfər edən vətəndaşlarına əməliyyat olunmamağa və apteklərdən dərman almamağa çağırıb. APA informasiya agentliyinə əsasən, bunu Azərbaycan Səhiyyə nazirinin müavini Elsevər Ağayev təsdiqləyib.
Buna toxunaraq E. Ağayev deyib ki, bu, ABŞ Dövlət Departamentinin seçimidir.
O, əlavə edib ki, hər bir halda Azərbaycanda yaşayan ABŞ və digər ölkələrin vətəndaşları Azərbaycanın səhiyyə sistemindən faydalanırlar.