Artsax Parlamentinə 2018-ci il dövlət büdcəsinin layihəsi təqdim edilib
Artsax Respublikası Parlamentində noyabrın 15-də “AR 2018-ci il dövlət büdcəsi haqqında” AR qanun layihəsinin müzakirələri başlayıb.
Maliyyə naziri grigori Martirosyan qeyd edib ki, 8% iqtisadi artım, sabit qiymət səviyyəsi təmin olunacaq, gələcək il dövlət büdcəsində isə, sosyal xərclərinə paralel olaraq mənzilinin tikintisinə xüsusi diqqət veriləcəkdir.
Beləliklə də, Artsax Respublikasının 2018-ci ildə dövlət büdcəsi gəlirlər baxımından 97 milyard 104 milyon dram, xərclər baxımından 101 milyard 404 milyon dram təşkil edəcək. Açığı isə, 4 milyard 299 milyon olacaq.
Dövlət naziri Arayik Harutyunyan büdcə layihəsinin bəzi istiqamətləri ilə bağlı deputatların suallarına cavab verib və qeyd edib ki, əsaslı olan uzunmüddətli sürətlə davamlı iqtisadi artım üçün təməllərin yaradılmasıdır. O həmçinin qeyd edib ki, gələcək ildə, ən yüksək göstəricilər kənd təsərrüfatı, enerji və təkrar sənayelərində olacaq.